UCBW and IE makes an apperance at Cody LindCharlie Todd

Göyçay rayonunda gənclər arasında dava qanla nəticələnib.

yarimadaaz.com APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərindəki restoranların birində baş verib.

Rayonun Yeniarx kənd sakini, 1988-ci il təvəllüdlü Zülfüqarov Məharət Gülağa oğlu şəxsi münasibətlər zəminində baş verən dava zamanı yeni qohum olduğu şəxs, Göyçay şəhər sakini, 1992-ci il təvəllüdlü Bəhdəmirov Aqşin Bəhram oğlu tərəfindən döyülüb.

Küt alətlə başından ağır xəsarət alaraq yerə yıxılan M.Zülfüqarov komaya düşüb və təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən şəxsin nişan mərasimi olan qızın dayısı oğlu olduğu bildirilir. A.Bəhdəmirov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Paylaş:

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment