0ed70e1d-80b1-460d-97d5-428dbedf1af4Salyan rayonunda canavar kənd sakininə hücum edib.

yarimadaaz.com Report-a istinadən xəbər verir ki, hadisə rayonun Quyçu kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 36 yaşlı Vüsal Ziyafət oğlu Abbasov səhər saatlarında qoyunları otarmaq üçün örüş sahəsinə buraxıb. Bu zaman qoyun sürüsünə tərəf canavarın gəldiyini görüb. Qoyunları qorumaq məqsədi ilə irəli çıxıb. Canavar birbaşa V.Abbasovun üstünə hücum çəkib. Bu zaman itlər Vüsalın köməyinə çatıb. V.Abbasovla canavarın mübarizəsi 20 dəqiqə çəkib. Kənd sakini canavarı xəsarət almadan zərərsizləşdirib.

Kənd sakinlərinin dediyinə görə, həmin ərazilərdə canavarlar çox olduğundan bu günlərdə bir neçə baş at yalquzaqlar tərəfindən parçalanıb.

 

3cc63333-129c-4ab4-b154-f489fe17b7a4 70e2a300-20a2-4419-9eb4-8d0120eee9ca 129c73f6-d9f8-4f46-b0bd-588e17d512d9 142eda45-5ea2-4e71-8ace-1aa67ffc8556 a87f5ae7-681f-47bb-add2-6718d2854300

Paylaş:

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment