mevlud chavushogluErmənistan hər yerdə məğlub olur və bu məğlubiyyətlər davam edəcək.

yarimadaaz.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənun xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda keçirilən beynəlxalq konfrans zamanı deyib.

Nazir bildirib ki, Türkiyə və Azərbaycan Xocalı faciəsinin təbliğatını birgə aparmaqda davam edəcək.

M.Çavuşoğlu Türkiyənin Xocalı hadisələrini heç vaxt unutmayacağını deyib:

“Xocalı reallıqdır. Bu, 25 il əvvəl bütün dünyanın gözü qarşısında baş verib. Ermənistan isə həqiqəti qəbul etmək istəmir”.

Nazir həmçinin qeyd edib ki, uzun illərdir Türkiyə Ermənistanın 1915-ci il hadisələri ilə bağlı böhtanları ilə mübarizə aparır.

Paylaş:

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment