brianiyaBöyük Britaniyada “Maqnitski qanunun” hakimiyyətə dünyada insan haqlarını pozmaqda şübhəli bilinən şəxslərin aktivlərini dondurmaq imkanı verən versiyası qəbul edilib.

yarimadaaz.com bu barədə Financial Times-a istinadən xəbər verir.

Bildirilir ki, bu addım Britaniyanın cinayətkar maliyyələşdirmə ilə mübarizə qanununa dəyişikliklər kimi çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədi ilə təsdiqlənib.

Britaniyanın ABŞ və Estoniyadan sonra “Maqnitski qanununu” qəbul edən üçüncü ölkə olacağı qeyd edilib.

Dəyişikliklərdə insan haqlarının pozanlara qarşı sanksiyaların tətbiqi, onların təqibi, eləcə də hüquq mühafizəçilərinin və qayda pozuntularına dair məlumat verən şəxslərin müdafiəsindən danışılır.

Paylaş:

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment