7ca4876f46b970bece78f3ffa2f9d881
ABŞ Dövlət Departamentində idarəçi vəzifələrə 100-dən çox vakant yer qalıb.

yarimadaaz.com bu barədə İnterfaks-a istinadən xəbər verir.

Washington Times nəşri yazır ki, hazırda boş qalan səfir vəzifələrinə mümkün namizədlərin adları belə açıqlanmır. Dövlət Departamentinin mətbuat xidməti isə bu məlumatlara şərh verməkdən imtina edib.

Qəzetin mənbələrindən biri əsas vəzifələrə təyinatların bir qədər vaxt apardığını bildirib. Mənbə zəngin karyeraya malik diplomatların Dövlət Departamentində hərbi-siyasi işlər idarəsi, demokratiya, insan hüquqları və əmək münasibətləri, narokotiklərə beynəlxalq nəzarət və s. bürolarda yüksək vəzifələr tutduğunu vurğulayıb.

Nəşr isə mövcud rəhbərliyin Dövlət Departamentinin strukturunda dəyişikliklər etmək və bəzi yüksək vəzifələri ləğv etmək ehtimalını ortaya atıb.

Bununla yanaşı, hazırda Dövlət Departamentinin birinci dərəcəli 9 rəhbər postundan 7-si vakantdır. Nəşr Dövlət Departamentinin son ənənəvi brifinqinin yanvarın 19-da baş tutduğunu xatırladaraq, jurnalistlərin istədikləri məlumatları ala bilməməsini önə çəkib.

Paylaş:

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment