polisXaçmaz rayonunda ölümlə hədələnən şəxs polis tərəfindən xilas edilib.

yarimadaaz.com lent.az-a istinadən xəbər verir ki, Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən “Qızıl Tac” mağazasının sahibi Ehtiram İslamov üzləşdiyi cinayət əməli ilə bağlı mağazadakı siqnalizasiya sistemi vasitəsilə polisə məlumat verib.

Belə ki, iş adamının tanışları – Orucov Dövlət Əlibaxış oğlu və İlyasov Əli İlyas oğlu ilə pul məsələsinə dair mübahisəsi yaranıb. E.İslamov xuliqanlıq zəminində döyülüb və bıçaqla öldürülməklə hədələndiyini gördükdə siqnalizasiya vasitəsilə mühafizə polisinə müraciət edib.

Dərhal əraziyə polis cəlb edilib və Ə.İlyasov saxlanılıb. D.Orucov isə hadisə yerindən qaçıb. Xaçmaz RPŞ-nin və Mühafizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində D.Orucov da tutulub.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment