FotorCreatedTürkiyəli model Şenay Akay ilə bir zaman aparıcılıq etdiyi proqramın prodüserləri arasındakı məhkəmə prosesi davam edir.

yarimadaaz.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, məhkəmədə ifadəsi alınan Ş.Akay “A.S. ona zərbə endirdiyimi söyləyir, amma bu, mümkün deyil. Mən təcavüzə məruz qalmışam” deyib.

“Pula görə mübahisə etdiyim T.S. qapını kilidlədi. Məni təhqir etdi. Qardaşı isə məni dodağımdan öpməyə çalışdı, sonra döydü. Mən altı kişinin olduğu bir otaqda idim. Orada birini döyə biləcəyim belə mümkün deyildi. Psixologiyam pozulub”, – deyə model sözlərinə əlavə edib.

Qeyd edək ki, Şenay Akay bir TV kanalında təqdim etdiyi proqramdan pulunu ala bilməyib və buna görə proqramın istehsalçılarından iki nəfər ilə mübahisə edib. Daha sonra Ş.Akay təcavüzə məruz qaldığını və döyüldüyünü söyləyərək məhkəməyə şikayət edib. Həmin iki şəxs isə modelin onları vurduğunu və təhdid etdiyini bildirərək məhkəməyə üz tutub.

Paylaş:

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment