Azərbaycanın Milli Qəhrəmanı şəhid Çingiz Qurbanovun məzunu olduğu Azərbaycan Texniki Universitetində onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərlə bağlı bu ali tədris ocağına yollandıq. Müəllimlər və tələbələr vətənpərvər döyüşçü haqqında xatirələrini bizimlə bölüşdülər. Onu da deyək ki, universitetdə qısa zaman kəsiyində qəhrəman əsgərin həyat və döyüş yolunu əks etdirən guşə yaradılmış, foyedə qoyulmuş monitorda onun foto- şəkillərindən ibarət slaydlar tələbələrin milli – vətənpərvərlik ruhunu yüksəldir. Btün görülən işlər universitetin rector əvəzi Xalıq Yahudovun bilvasitə diqqətciliyi, və təşkilatşılığı ilə həyata keçirilmişdir .Söhbət əsnasında bildirilmişdir ki, aprel ayında döyüşlər zamanı şəhid olmuş məzunların da foto şəkillərindən ibarət xatirə kompleksi yaradılacaqdır. Artıq bu istiqamətdə işlərə başlanılmışdır.
Çəkiliş qrupumuz Çingiz Qurbanovun təhsil aldığı auditoriyada tələbələrlə müsahibə aparmış, onların qəhrəman döyüşçü barədə düşüncələrini lentə almışdır . .
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgəri Qusar payonunda doğulmuş Çingiz Qurbanov ötən ilin dekabr ayının 29-da Tərtər bölgəsində erməni təxribat qrupunu zərəsizləşdirərkən şəhid olmuşdur. Onun nəşi 39 gün ermənilərdə qalmış, ölkə başçısı İlham Əliyevin tapşırığı ilə Qırmızı Xaç Komitəsi tərəfindən a alınmışdır. Bu ilin fevral ayının 6-da MüdafiəNazirliyinin Təlim – Tədris Mərkəzində şəhid Çingiz Qurbanovla vida mərasimi keçirilmişdir. O, doğulduğu Qusar rayonuna aparılmış və Şəhidlər Qəbiristanlığında dəfn olunmuşdur.
Allah rəhmət eləsin!

Paylaş:

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment