1488294881_088Müəllimlik cox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət ücün, doğrudan da, çox qiymətlidir.
Heydər Əliyev

Məktəb – xalqın mənəvi beşiyidir. Məktəbdə tək yazıb-oxumağı, hesablamağı və müxtəlif elmlərin sirlərini öyrətmirlər. Məktəbdə, həmçinin yaşamağı öyrədirlər. Dövlət məktəblərə nə qədər çox qayğı göstərirsə, onun gələcəyi bir o qədər də parlaq olacaqdır. Şagirdlər məktəbdə sadəcə bir toplaşmış uşaq toplaşması deyil, onlar orqanik qanunlarla yaşayan və inkişaf prosesini keçən uşaq icmasını təmsil edirlər. Məktəbdə Vətənin çox əsrlik mədəniyyəti yaşayır.
Sumqayıt məktəbləri həqiqətən respublikada qəbul zamanı öz yüksək göstəriciləri ilə fərqlənib. Bu məktəblər içərisində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən 21 saylı tam orta məktəbin adını xüsusi qeyd etmək istəyirəm. Bu məktəb barədə dəfələrlə qəzetlərdə, jurnallarda məqalələr yazılıb, məktəb haqqında ürəkaçan yazılar dərc olunub. Elə məni də bu yazını yazmağa məcbur edən məktəbin uğurları oldu. Hələ məktəbə Viladim İbrahimov direktor təyin olunmamışdan əvvəl ali məktəblərə qəbul faizi 48 idi. Lakin məktəbin hazırkı direktoru Vladim İbrahimov məktəbə direktor təyin olunandan sonra məktəbin bu göstəricisi 68 faizə qədər yüksəlmişdir. Təhsil Nazirliyinin hər il keçirdiyi ölkə, şəhər (rayon) üzrə məktəb reytinq sıralamasına görə 2012-2013-cü illərdə ölkə üzrə 145-ci yerə, şəhər üzrə 15-ci yerə layiq görülmüşdür. 2015-2016-cı tədris ilində ölkə üzrə 46-cı yerə, şəhərlər üzrə 5-ci yerə, Sumqayıt şəhərində isə TTEL, Texniki elmlər üzrə Gimnaziya, Təfəkkür liseyi, tam orta məktəblər içərisində isə birinci yerə yüksəlmişdir.
Təhsil Nazirliyinin əmri ilə 21 saylı tam orta məktəb 2 ildi ki, «Pilot»məktəb kimi fəaliyyət göstərir. Məktəbdə orta təhsil təmayüllər üzrə aparılır.
Məktəbin şagirdləri fənn olimpiadalarında 2016-cı ildə ölkədə informatika fənni üzrə keçirilən olimpiada da 3-cü yerə, 2014-cü ildə Beynəlxalq olimpiada da isə gümüş medal layiq görülərək II yerə ucalmışdır. 2015-2016-cı tədris illərində rus dili fənni üzrə keçirilən fənn olimpiadalarında da birinci yeri tutmuşdur. Məktəb 2 növbəlidir. İngilis, rus və alman dilləri xarici dil kimi tədris olunur. Layihə üzrə 1176 yerlikdir.
İnsanın məktəbə nə cür münasibət bəsləməsindən, onun daxili mədəniyyəti və xeyirxahlığı, öz millətinə sayğının hansı səviyyədə qiymətləndirməsindən nəticə çıxardılır. Məktəbə müqəddəs bir məkan kimi baxmaq və onu qoruyaraq gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Məktəb, həmişə millətin müdriklik ocağı olaraq qalır. Bu müdriklik 21 saylı tam orta məktəbdə isə özünü daha çox büruzə verir. Məktəbin pedaqoji kollektivi bütün gücü ilə məktəbin adını yüksək zirvələrə qaldırmağa çalışırlar. Bu əziyyətləri də həqiqətən hədər olmamış, 21 saylı tam orta məktəbin adı ən uca zirvələrdə hallanmağa başlamışdır. Belə ki, məktəbin direktoru Vladim İbrahimov məktəbdə qanun-qaydaya xüsusi əməl edən, şagirlərin bilikli və savadlı olması üçün əlindən gələni etməyə çalışan bir rəhbər işçidir.
Doğrudan da, mən bu məktəbi və rəhbərliyini həmişə xüsusi bağbana bənzədirəm. Əgər bağbanın barı əkdiyi ağacların meyvəsidirsə, müəlllimin də barı onun yetirdiyi şagirdləridir. Necə ki bağban öz əkdiyi ağaclarlaqürur duyur, müəllim də öz yetirmələri ilə elə fəxr edir. Müəllimin ömrünü bir çırağa bənzətmək olar. O, insanları aydınlığa çıxaran bir işıqdır. Müəllim-önündə başlar əyilən, hörməti ümman qədər olan şanlı insandır. Şagirdlərinin uğurunu görən zaman sanki yenidən doğulur, yenidən yaşayır. Mən bu halları yuxarıda adını çəkdiyim məktəbdə çox görmüşəm, çox yaşamışam, müəllimlərin, o cümlədən direktor Vladim İbrahimovun şagirdlərin uğurlarına necə sevindiklərinin şahidi olmuşam. Mən çox sevinirəm ki, Sumqayıtda belə bir məktəb var və nə yaxşı ki, onun rəhbərliyi etibarlı əllərdədir.
Məşhur filosof Sokrat deyirdi ki, dünyada hər şeyə qiymət qoymaq olar, yalnız müəlliminəsərinə qiymət qoymaq olmaz. Hansı peşə sahibi olursa-olsun, müəllimin onun həyatındakı rolu danılmazdır. Bugünkü həkimlər, mühəndislər, memarlar, nazirlər və s. hamısı müəllimlərdən bəhrələnib, onun zəkasının nurundan pay alıblar.

Paylaş:

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment