02Bu həftə Avstriyada baş tutmuş ATƏT XİN Şurasının qeyri-rəsmi görüşündə Norveç ATƏT-in hazırkı sədri Avstriyanı Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməyə çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüş zamanı çıxış edən Norveçin xarici işlər nazirinin müavini Ton Skogen deyib ki, bəzi üzv ölkələr ATƏT qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmirlər.

Onun sözlərinə görə, məhz indiki çıxılmaz vəziyyətin səbəbi budur: “Bu həm də qurum daxilində etimad və kompromisin olmamasının səbəbidir. Üzv ölkələrin ərazi bütövlükləri və suverenliyinə təhdidlər Ukraynada, Gürcüstanda, Moldovada, Azərbaycanda davam etməkdədir. Bu, beynəlxalq sabitliyə və ümumi təhlükəsizliyimizə təhlükədir”.

Nazir müavini qeyd edib ki, ATƏT etimadın bərpa olunması və dialoq üçün aparıcı platforma olaraq qalmalıdır.

Paylaş:

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment