IMG-20170714-WA0015Abşeron rayonunda 18 ailə G.Ə.Ağayevin dələduzluğunun qurbanı oldu.

Veten-TV.az bildrir ki, Abşeron rayonu  Digah qəsəbəsi Vaqif  küçəsi ev 12 ünvanında qeydiyyatda olan Ağayev Gülrza Əlibaxış oğlu ona məxsus olan Mehdiabad qəsəbəsindəki 1,5 hektar torpaq sahəsini bölərək etibarnamə yolu ilə 18 nəfərə 1 sotu 2 – 4 min manat arası satmışdır. Vətəndaşları aldadaraq bildirmişdir ki, torpaq sahəsi tam satıldıqdan sonra onlara satdığı torpaq sahələrinin sənədləşdirilməsini təmin edəcək. Zərərçəkmişlərdən bəziləri aldıqları torpaq sahəsində ev tikərək orada məskunlaşmışlar. Sonradan məlum olmuşdur ki, G. Ağayev həmin torpaq sahəsini Azərtürk banka girov qoyaraq kredit götürmüşdür.Lakin o, həmin krediti ödəmədiyi üçün bank girovda olan torpaq sahəsinə həbs qoyaraq həmin ailələri çölə atmışdır.

19911962_1476423072404471_1288307182_o                        20107214_1476422939071151_1531037667_o

Zərərçəkənlər aldanıldıqlarını anladıqdan sonra G. Ağayevə etirazlarını bildirdikdə G.Ağayev “əcəb etmişəm, ağlınız olardı aldanmazdınız, gedin ürəyiniz kimə və hara istəyir şikayət edin, mənim heç kimdən qorxum yoxdur!” deyə onlara cavab vermişdir.

Əlacsız qalmış zərərçəkmiş Mustafayev Cavid Səməndər oğlu və Rəhimov Asəf Ağasəf oğlu 18 nəfər zərərçəkmiş adından redaksiyamıza müraciət edərək kömək istəmişdir.

IMG-20170714-WA0008 IMG-20170714-WA0015 20107138_1476420399071405_2067763041_oIMG-20170714-WA0005

Veten-Tv İnformasiya Agentliyi olaraq ümid edirik ki, adiyyatı orqanlar lazımi ölçü götürəcəklər.

Paylaş:

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment